Bakı şəhəri, Yasamal rayonunda işlək vəziyyətdə olan nasosxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 45 kv.m olan nasosxananın içərisində 1 ədəd stol və stul yanıb. Nasosxana yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31