Bakıda yüksəkgərginlikli xətt avtomobilin üstünə düşdü

Avtomobil külə döndü, sahibi ağır xəsarətlə xəstəxanaya aparıldı

Bakıda yüksəkgərginlikli elektrik xətti avtomobilin üzərinə düşüb yanğın törədib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın  Qaradağ rayonunda baş verib.  Ərazidən keçən yüksək gərginlikli elektrik xətti vətandaşa məxsus "DONQFENQ" markalı yük avtomobilinin üzərinə düşüb. Nəticədə, avtomobilin qoşqusunun 2 ədəd arxa təkəri, qoşqunun taxtadan ibarət döşəməsi 2 kv.m sahədə və 6 kv.m sahədə tentdən ibarət üst örtüyü yanıb, cərəyan vurması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri almış sürücü xəstəxanaya aparılıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31