Bakıda güclü yanğın

4 otaqlı ev və ferma yandı, 3 heyvan tələf oldu

Bakıda fermerə məxsus 4 otaqlı ev və ferma yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın  Suraxanı rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları, digər vətəndaşa məxsus ümumi sahəsi 125 kv.m olan birmərtəbəli dördotaqlı evin mətbəxinin pəncərəsi 12 kv.m sahədə və tövləyə bitişik yığılmış məişət tullantıları 150 kv.m sahədə yanıb, 1 baş iribuynuzlu, 2 baş xırdabuynuzlu heyvan tələf olub. 7 baş iribuynuzlu heyvan xilas edilmiş və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31