Bakıda 2 seyfdən 120 min manat oğurlanıb
12 Noyabr 2014 12:20 KriminalBakıda mağazalardan 120 min manat oğurlamaqda şübhəli bilinən 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi sentyabrın 28-i saat 20:00-dan 29-u saat 09:20-dək, Qara Qarayev prospektində yerləşən mebel mağazasından açar seçmə yolu ilə içərisində 55000 manat, oktyabrın 13-də saat 08:30 radələrində, B.Nuriyev küçəsində yerləşən mağazadan, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə içərisində 65000 manat olan seyfləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmov tutulub. Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31