FHN bir gündə 3 nəfəri ölümdən qurtardı

Bir gündə batmaq təhlükəsilə üzləşən 3 nəfər xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə  Binəqədi və Xəzər rayonlarında dənizdə və Mingəçevir şəhərində su anbarında  baş verib. Binəqədi və Xəzər rayonları ərazisində "Novxanı" sularda xilasetmə məntəqəsinin ərazisində,  "Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə və "Mingəçevir" sularda xilasetmə məntəqəsinin ərazisində batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31