Həbsxanada kütləvi dava – Qan töküldü
12 Noyabr 2014 10:23 KriminalBakının məşhur həbsxanasında qan su yerinə axıb. milli.az xəbər verir ki, Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında güclü dava düşüb. Dava zamanı məhkumlar iki dəstəyə bölünüblər. Bir tərəfdən 12, qarşı tərəfdən isə 5 nəfər bir-birinə girib. Davanı sakitləşdirmək üçün müəssisə əməkdaşları işə qarışıblar.Uzun sürən davanı çətinliklə yatırmaq mümkün olub. Dava zamanı məhkumlarla yanaşı, müəssisə əməkdaşları da xəsarət alıblar.Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, davanın səbəbi məlum deyil. Ətraflı məlumatı öyrənməyə çalışırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31