Bakıda peşəkar cinayət: 40000 havaya sovruldu
11 Noyabr 2014 18:46 KriminalBakıda külli miqdarda pul havaya sovrulub. Xətai rayonu ərazisində peşəkar oğrular mənzildən 40 min dollar pulu oğurlayıblar. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Bəhruz Bəylərovun General Şıxlinski küçəsindəki mənzilinə oğrular giriblər. Onlar ev sahiblərinin olmamasından istifadə edərək mənzilin qapısını açarseçmə üsulu ilə açaraq daxil olublar. Evdə olan 40 min dolları götürərək qaçıblar. Hazırda polis oğruların tapılması üçün iş aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31