10 ayda 20 nəfərə qarşı quldurluq edən mütəşəkkil dəstə zərərsizləşdirildi

Bakıda daha bir quldur dəstəsi ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş Rəhman Məmmədovun, Muxtar Rəhimovun və Samir Yadigarovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların ötən ilin dekabrından bu ilin oktyabr ayına qədər olan müddətdə Bakı şəhərində yaşayan 20 şəxsə qarşı, o cümlədən onlara məxsus mənzillərdən, avtomobillərdən, mağazalardan quldurluq və soyğunçuluq yolu ilə pul, sənəd, mobil telefon, ərazq məhsulları və danışıq kartları aparmaları da müəyyən edilib.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31