Azərbaycanlı Rusiyada radikal qruplaşma yaratmaq istədi
Murmanskda millətlərarası nifaq salmaq istəyən 2 azərbaycanlı tutulub
11 Noyabr 2014 15:56 KriminalRusiyada azərbaycanlı radikal qruplaşma yaratmaq istəyib. Anspress-in "Komsomolskaya pravda" ya istinadla verdiyi məlumata görə, Rusiya sərhədçilər millətlərarası nifaq salmaq istəyən 3 nəfəri tutub. Onlar Murmansk əyalətində saxlanılıblar. Onlar internet vasitəsilə dini və milli zəmində nifaq sala biləcək materiallar yayıblar. Saxlanılanlardan ikisi Azərbaycan vətəndaşı olub. Kandalaş məhkəməsinin qarşısına çıxarılan 1985-ci ildə doğulan azərbaycanlı və Kandalaş şəhər sakininə qarşı iki maddə - "Ekstremal fəaliyyətlə məşğul olmağa ictimai çağırış" və "Nifrət və düşmənçilik yayma" ilə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə adı açıqlanmayan şəxs əmək haqqının 10 faizini tutmaqla 1 il 9 ay müddətinə islah işlərinə, digər şəxs isə 5 faiz tutma qla 5 ay işə cəlb edilib. Saxlanılan 27 yaşlı digər azərbaycanlı isə əvəllər məhkum olub. O, radikal qruplaşmağa yaratmağa cəhd edib. O, Rusiyada əcnəbilərin olması haqqında qanunları pozduğu üçün ölkədən deportasiya edilib.