Sumqayıtda iki nəfərin evinə od vurulub
11 Noyabr 2014 13:49 KriminalSumqayıtda iki nəfərin evi bilərəkdən yandırılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 8-də Xəzər bağlar sahəsində Sumqayıt şəhər sakini Sirac İdrisova və Mahmud Rəhimliyə məxsus evlər qəsdən yandırılıb.
Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Rəşad Məmmədov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31