Paytaxtda 3 ay silsilə oğurluqlar törədən şəxs tutul

Bakıda silsilə oğurluq edən şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi RPİ 21-ci və 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-oktyabr ayları ərzində müxtəlif vaxtlarda Bakı şəhər sakinləri Elvin Məhərrəmovun cibindən, Kamran Nəbiyevə məxsus ofisdən, Aysel Həsənlinin, Mətləb Tağıyevin, Maksim Selinskinin, Ceyhun Məlikovun və Oqtay Kərimovun evlərindən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Fətəliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31