Bakıda quldur yaxalandı

Bakıda vətəndaşa qarşı quldurluq edən şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 8-də Binəqədi qəsəbəsində Bakı şəhər sakini Ramil Tağıyev paytaxt sakini İslah Qafarova kürək nahiyəsindən küt alətlə xəsarət yetirib 850 manatını alıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tağıyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31