Gəncədə 28 yaşlı sərxoş bıçaqlanıb
11 Noyabr 2014 11:32 KriminalBu gecə saat 03:00 radələrində Gəncə şəhər sakini 28 yaşlı Kamil Eyvazov üzərində bıçaq yarası olan xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, həkimlər yaralıya ilkin tibbi yardım göstərərək palataya yerləşdiriblər. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Kamil Eyvazov xəstəxanaya gətirilərkən ağır dərəcəli sərxoş olub. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil. Hüquq-mühafizə orqanları cinayətin üstünün açılması istiqamətində istintaq-əməliyyat tədbirlərini davam etdirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31