Bakının mərkəzinə qumbara atdılar
29 Avqust 2012 12:49 KriminalBakının mərkəzində növbəti dəfə partlayıcı sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonu , Azadlıq prospekti 144 ünvanında partlayıcı qurğu aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman bir ədəd istifadəyə yararsız "F-1" markalı əl qumbarası aşkar etmiş və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.