Bakıda bu da oldu: 28 min avroluq əşyaları taksidə qoyub getdi
Polis həmin taksini axtarır
7 Noyabr 2014 16:10 KriminalBakıda Rusiya vətəndaşının başına maraqlı hadisə gəlib. Lent.az-ın məlumatına görə,"102" xidmətinə müraciət edən, Rusiya Federasiyası vətəndaşı Rostovski Georgi Anatoliyeviç taksidə bahalı əşyalarını unutduğunu bildirib. G.Rostovski bildirib ki, taksi ilə Tbilisi prospektinə gəlib və "Qafqaz" otelin yaxınlığında avtomobildən düşüb. Az sonra o, 10 min avro dəyəri olan kürkünü və 18 min avroluq çantasını taksidə unutduğunu başa düşüb. Avtomobil isə artıq uzaqlaşıbmış. Rusiya vətəndaşı deyib ki, taksidə unutduğu əşyalar brend markalardan olub. Hazırda axtarışlar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31