Bakıda daha bir çoxmərtəbəli binada yanğın
7 Noyabr 2014 16:08 KriminalBakıda daha bir çoxmərtəbəli binada yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində 9 ədəd elektrik sayğacı yanıb. Yanğın bölmələri çatana kimi sakinlər alovu söndürüb. Yanğınsöndürənlər hadisə yerinə çatan zaman blokda qatı tüstülənmə olduğundan 14 nəfər bina sakini, o cümlədən 6 nəfər azyaşlı uşaq təxliyə olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31