Ağcabədidə qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlimata görə, noyabrın 6-da Ağcabədi rayonunda rayon sakini Ənvər Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Ağcabədi RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31