Hüquq müdafiəçisinə AĞIR CƏZA-7 İL
7 Noyabr 2014 14:58 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Rasim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Təqsirləndirilən R. Əlizadəyə 7 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, prokuror hüquq müdafiəçisinə 8 il iş istəmişdi. Onu da qeyd edək ki, Rasim Əlizadə Astara rayonunda bir vətəndaşı həbsdən azad etdirmək adı ilə onun ailəsindən 15 min manat alaraq dələduzluq edib. Rasim Əlizadənin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31