Bakıda nişanlı cütlüyün ölümünə nə səbəb olub?
Nişanlı qızla oğlan dəm qazından zəhərlənibmişlər
7 Noyabr 2014 14:39 Kriminal"Ötən gecədən bəri araşdırma aparırıq. Hadisə yerində hər şey bir-bir incələnib. Hadisədə heç bir zorakılıq olmayıb. Hər iki şəxs dəm qazından boğulub". Bu barədə Binəqədi kəndində nişanlı cütlüyün ölüm hadisəsini araşdıran Binəqədi rayon Prokurorluğunun müstəntiqi Namiq Əliyev Anspress-ə açıqlamasında bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı bəzi məlumatlar yayılmışdı. Deyilirdi ki, meyitlərin üstündə guya zorakılıq əlamətləri olub. Lakin araşdırmalar deyilənlərin yalan olduğunu ortaya çıxarıb.
Qeyd edək ki, ötən gecə saat 23:24-də Bakının Binqədi rayonunda nişanlı qızla oğlanın meyiti evdə tapılıb. Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsindən Anspress-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb. Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə meyiti tapılıb. İlkin məlumatda bildirilir ki, onlar dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır.