Məktəbdəki yanğında 1 müəllimə və 3 şagird tüstüdən zəhərlənib

Daxili İşlər Nazirliyi Səbail rayonundakı orta məktəbin zirzəmisində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 6-da saat 10.00 radələrində Səbail rayonu ərazisindəki 51 saylı orta məktəbin zirzəmisində yanğın baş verib. Nəticədə 12 kvm. sahə döşəmə və partalar yanıb, tüstüdən zəhərlənmiş bir müəllimə və 3 şagird Təcili Tibbi Yardım Stansiyasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31