Noyabrın 6-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi sakinləri dəm qazından zəhərlənmə ilə xəstəxanaya müraciət edib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Səlmi Əlnəzərova, oğlu Tahir, onun arvadı Günel Quliyeva və oğlu Ümüd dəm qazından zəhərləniblər. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31