Bakıda qızla oğlan birgə cinayət törətdi: qaçanda yaxalandılar
7 Noyabr 2014 13:19 KriminalBakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 6-da Teymur Bayramova məxsus D.Əliyeva küçəsində büjiteriya mağazasından Bakı şəhər sakini Şəfa Vəliyeva və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Murad Şeydayev 3 ədəd qol saatını götürüb qaçarkən Nəsimi rayon 22-ci polis polis əməkdaşları tərəfindən tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31