Bakıda dəhşət: nişanlı cütlük öldü

Gənclərin meyiti yaşadıqları evdə tapılıb

Bakıda nişanlı cütlük bədbəxt hadisə nəticəsində ölüb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb. Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31