Sumqayıtda zavodda partlayış, FHN dəhşətli fəlakətin qarşısını aldı

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda dəhşətli partlayış hadisəsinin qarşısını alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 42-ci kilometrliyində "Azərkimya" İB-nin Etilen-Polietilen zavodu EP-300 istehsalatının 30 saylı məhsulun qəbulu, saxlanılması, istehsalı və buraxılması sexində tutumu 15000 kub metr olan  çəndə partlayış baş verib. Partlayış nəticəsində çənin üst qapağı qopub, yan tərəfləri deformasiyaya uğrayıb və açılmış qapağın alt hissəsində perimetr boyunca közərmə və tüstülənmə baş verib. Çənin soyudulması nəticəsində 5000 kub metr ilkin emal benzol məhsulu və yaxınlıqda olan digər neft çəni mühafizə olunub. Əməliyyat saat 04:02-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31