Gəncədə yanan evdən qadın meyiti tapıldı
7 Noyabr 2014 11:51 KriminalGəncədə evdə ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 17 kv.m birotaqlı mənzildə ev əşyaları 3 kv.m sahədə qismən yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1967-ci il təvəllüdlü İsmayılova Pərvanə Əziləddin qızının meyiti aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 02:18-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31