Binəqədidə qadının evinə soxulan 25 yaşlı oğlan tutuldu
6 Noyabr 2014 18:50 KriminalBakıda axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 17-də saat 17:30-dan 23:50-dək, Rəsulzadə qəsəbəsi Samirə Abbasovanın evindən, pəncərəni sındırmaqla 1 ədəd qızıl kloun, 1 cüt qızıl sırğa və bujiteriya əşyaları oğurlanmaqda şübhəli bilinən şəxs müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Mahir Məmmədov tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31