Bakıda aşan yük maşınının vurduğu ziyanın məbləği məlum oldu
6 Noyabr 2014 17:56 KriminalÖtən gün Zığ-Aeroport şosesində hava limanından Zığ dairəsi istiqamətinə gedən yolun 19-cu kilometrliyində baş vermiş yol qəzası nəticəsində dəyən ziyanın miqdarı bəlli olub. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, qəzanın baş verdiyi ərazi dərhal təmizlənib, qaldırıcı kran vasitəsilə aşan avtomobil ərazidən uzaqlaşdırılıb: "Sürücü hadisə yerini tərk etdiyi üçün protokol tərtib edə bilmədik". P.Mürsəliyev qeyd edib ki, 24 poqonmetr əyri xətli tir sıradan çıxıb: "Yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31