57500 manatı mənimsəyən şəxslərin apellyasiya şikayətinə baxıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Rövşən Nağızadə, İrina Podoqova və Marina Məmmədovanın apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.Məhkəmədən "OLAYLAR"a verilən məlumata görə,  prosesdə şikayət araşdırılıb və yeni qərar elan olunub. Qərara görə, Rövşən Nağızadənin cəza müddəti həbs olunduğu gündən hesablanıb, qalan hissələrdə isə şikayətlər təmin edilməyib.
İttihama görə, "Rona" şirkətinin təsisçisi Rövşən Nağızadə, baş mühasib Marina Məmmədova və mühasib İrina Podoqova 2004-cü ildə "Space" telekanalında imkansız şəxslərə yardım adı altında "Mərhəmət sorağında" proqramını hazırlayıb təqdim ediblər. Proqramda "Azercell" BM-nin ayırdığı nömrəyə tamaşaçıların göndərdiyi sms-lər şirkətin "Koçbank"dakı hesabına köçürülüb. Həmin şəxslər hesaba köçürülən 57445 manatı mənimsəməkdə təqsirləndirilirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Nağızadə 9 il 6 ay, İrina Podoqovana 8 il, Marina Məmmədova 10 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 213.4-cü (külli miqdarda vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31