Bakıda mənzil partladı, xəsarət alan var
6 Noyabr 2014 16:41 KriminalBakının mərkəzində partlayış hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 5-də Səbail rayonunda Tamaşa Məmmədovanın yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə evin tavanı dağılmış, yanıq xəsarəti almış T.Məmmədova xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31