Azərbaycanda daha bir quldur dəstə zərərsizləşdirildi

Göygöldə quldurluqla məşğul olan mütəşəkkil dəstə yaxalanıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də Həbib Kərimov və Məhəmməd Qarayevin 500 manat və mobil telefonlarını quldurluq yolu ilə almış Haçaqaya kənd sakinləri Qurban Qurbanov, Samir Qurbanov və əvvəllər məhkum olunmuş Mədət Ələsgərov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31