Kollec müəlliminin evindən 100 min manat apardılar

Gəncə şəhərində oğurluq hadisəsi baş verib. Kəpəz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhərin "Avtozavod" qəsəbəsində yaşayan, Gəncə Musiqi Kollecinin müəllimi, 1978-ci il təvəllüdlü Raminə İsmayılova Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinin pəncərəsini sındıraraq içəriyə daxil olublar. Oğrular evdən 8 min manat dəyərində qızıl zinət əşyaları və 100 min manata kimi pulu oğurlayıblar. Cinayəti törədən şəxslərin tapılması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31