Yəhudi öldürdü, hakim azad etdi
Haifa məhkəməsi buldozer altında qalaraq ölən Raşel Korrinin məsələsi haqqında qərar qəbul edib
29 Avqust 2012 00:16 KriminalTürkiyə mətbuatının məlumatına görə Haifa məhkəməsi 23 yaşında buldozerin altında qalaraq ölən Raşel Korrenin ölümü ilə bağlı İsrail dövlətinin günahkar olmadığı qərarını qəbul edib. Həmçinin hakim Oded Qerşon buldozeri sürən yəhudi əsgərinin də burada günahsız olduğunu deyib. Məhkəmə qarışıqlıq olduğu üçün buldozeri sürən əsgərin korreni görməməsindən texnikanın altında qalaraq ölməsi qərarını çıxarıb. Qeyd edək ki, hadisə baş verəndən sonra heç kim bu işlə bağlı cinayət məsuliyyətinə cəlb olunmayıb. Məhz bundan sonra Raşel Korrenin ailəsi 2010-cu ildə mart ayında məhkəməyə müraciət ediblər.
Hadisə 2003-cü ildə mart ayında Fələstinin Rifah şəhərində yəhudilərin bir evi buldozerlə dağıtmaq istəyəndə baş verib. 23 yaşlı Raşel Korre Amerika vətəndaşıdır. "OLAYLAR" İA