Məktəbdə yanğın

Fövqəladə Hallar Nazirliyi Bakıda orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın 12 kv.m sahəni əhatə edib. Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Yanğın söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31