Bakının mərkəzində orta məktəbdə güclü yanğın başlayıb, şagirdlərin təxliyyəsinə başlanıb

Bakıda orta məktəbdə güclü yanğın hadisəsi baş verib. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Bakının Səbael rayonunun 51 saylı orta məktəbdə baş verib. Məktəbdə yanğın hadisəsi qəfil baş verib. Hadisə orta məktəbdə dərs zamanı baş verib. Anğın zamanı bir neçə şagird və müəllimin tüstüdən zəhərləndiyi bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğın hadisəsinn nədən baş verdiyi məlum deyil.
Xatırladaq ki, hadisə baş verən orta məktəb ötən il əsaslı təmir edilibmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31