Çin zülmünə etiraz olaraq özünü yandırdı
28 Avqust 2012 17:43 KriminalTibetin paytaxtı Lxasadaki Kirti məbədinin iki gənc rahibi məbədin qarşısındaki meydanda Çin zülmünə qarşı etiraz əlaməti olaraq özlərini yandırıblar. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, olaya polis müdaxilə etsə də rahibləri xilas etmək mümkün olmayıb. Onlar aparıldıqları xəstəxanada dünyalarını dəyişiblər. Ölən gənc rahiblərdən birinin 17, digərinin isə 18 yaşı var.
Qeyd edək ki, bu 2012-ci il ərzində Çinə qarşı Tibetdə baş verən 51-ci intihar hadisəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31