Azərbaycanda Ukrayna vətəndaşları ağır qəzaya düşdü: yaralılar var

Bu gün günorta saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 10 SU 507 dövlət nömrə nişanlı, BMW markalı nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində "Hyundai"da olan Ukrayna vətəndaşları ana və övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar - 1976-cı il təvəllüdlü Kebotay Ludmila Nikolayevna və onun oğlu 1997-ci il təvəllüdlü Kebotay İqoreviçdir. L. Kebotaya qapalı kəllə-beyin travması, oğluna isə sınıq diaqnozu qoyulub. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31