Saatlıda tonlarla çətənə kolu məhv edilib - FOTO
28 Avqust 2012 17:40 KriminalSaatlı rayonunda ümumi çəkisi 2928 kq narkotik vasitə olan çətənə kolları aşkarlanaraq məhv edilib. Milli.Az Cənub TV kanalına istinadən xəbər veribk i, "Xaş-xaş-2012"
əməliyyat tədbirləri çərçivəsində DİN və Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş külli miqdarda narkotik tərkibli çətənə kolu aşkarlanıb.
Əməliyyat tədbirləri nəticəsində rayonun Əliabad kəndi ərazisindəki su kanalı üzərində yerləşən meşə zolağı ərazisində yabanı halda bitmiş 480 ədəd ümumi çəkisi 2928 kq olan narkotik tərkibli çətənə kolu aşkar edilib.
Aşkar olunan çətənə kolları hal şahidləri və polis əməkdaşlarının şahidliyi ilə yandırılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31