Bakıda soyğunçuluqla məşğul olan şəxslərə 23 il həbs
5 Noyabr 2014 17:09 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hökmə əsasən, Natiq Kəlbiyev 8 il, Natiq Əsgərov 7 il 6 ay, Məftun Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda bir neçə nəfərdən soyğunçuluq vasitəsi ilə pul və qiymətli əşyalar alıb. Hər üç şəxs Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31