"BMW"nin vurduğu piyada 2 ay yaşadı
5 Noyabr 2014 13:31 KriminalAbşeron rayonunda avtomobilin vurduğu piyada hadisədən 22 gün sonra xəstəxanada ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, senytabr 8-də Abşeron rayonunun Masazır qəsəbəsində Saray qəsəbə sakini Polad Qasımov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən qəsəbə sakini Eyvaz Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilən piyada noyabrın 4-də orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31