Bakıda Aşura günü KURYOZ HADİSƏ

Bakıda Aşura günü keçmiş məhkum polisi ayağa qaldırıb. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, noyabrın 4-ü, saat 11:00-da 1991-ci il təvəllüdlü Elşən Məmmədov polisin "102" xidmətinə zəng edərək evində partlayıcı olması barədə məlumat verib. Dərhal Xəzər rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gedib. Axtarış nəticəsində evdən heç bir partlayıcı tapılmayıb. Sonda məlum olub ki, polisə zəng edən E.Məmmədov yox, onun anası olub. 9 illik məhbus həyatından sonra yenicə azadlığa çıxmış Elşən dünən evdə kino izləyərkən "bomba" deyə qışqırıb. Anası bunu yanlış anlayıb və polisə zəng edib. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31