Bakının mərkəzində yanğın: vətəndaşlar təxliyə olundu

Bakıda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyininsaytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin arakəsmə divarı 6 kv.m sahədə, tavan və dam örtüyü 14 kv.m sahədə yanıb. Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31