Bakıda 31 yaşlı kişi hamamda öldü

Qaradağda bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumatına görə, Lökbatan qəsəbəsində 1983 il təvəllüdlü Ceyhun Mahmudovun meyiti yaşadığı mənzilin hamam otağında  tapılıb. Meyit üzərində hər hansı zorakılıq əlaməti olmayıb. Bildirilir ki, C.Mahmudov içkili vəziyyətdə hamam otağına girib. Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31