Bakının mərkəzində dəhşətli olay: daşın altında qalıb öldü

Fəhlə bədbəxt hadisə ilə üzləşib

Noyabrın 3-də Bakının Yasamal rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, Xırdalan şəhər sakini Şahin Hacıyev Yasamal rayonu N.Nərimanov prospekti ev 5-in zirzəmisində təmir işləri apararkən divar daşının altında qalıb. Ş.Hacıyev aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31