Bakıda kürəkən qaynatasını öldürüb qaçdı
4 Noyabr 2014 13:18 KriminalBakıda daha bir qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 3-də Bakı şəhər sakini Xəqani Mirzəli Suraxanı qəsəbəsində yaşayan Asəf Nəbiyevin (keçmiş qayınatası) evində olarkən aralarında baş vermiş münaqişə zəminində itələyərək onu yıxıb və hadisə yerini tərk edib. A.Nəbiyev hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31