Axtarışda olan 31 yaşlı qadın tutuldu
4 Noyabr 2014 13:11 KriminalBakıda axtarışda olan daha bir qadın tutulub. Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü Fərqanə Şükürovanın yeri müəyyən edilib. Nizami RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq, məsuliyyətə cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31