Türkiyədə azərbaycanlı qadın olan maşın 2 nəfəri vurdu

Avtobus gözləyənlərdən biri ölüb,birinin ayağı qopub

Türkiyədə içərisində azərbaycanlı qadının da olduğu maşın yol kənarında avtobus gözləyən iki nəfəri vurub. Anspress-in məlumatına görə, hadisə Konyada 24 avqust Bulvarı adlanan ərazidə baş verib. Hilmi B. adlı şəxsin idarə etdiyi maşın idarəetmədən çıxıb və yol kənarındakı Mehmet (50) və Sevim Ersoy (46) adlı cütlüyü vurub. Qəza nəticəsində ağır yaralanan qadın hadisə yerində keçinib. Kişinin isə ayağı qopub. Qəzadan sonra sürücü Hilmi B. hadisə yerindən qaçıb. Maşında olan Gürcüstan əsilli S.A (25), M.A. (19) və azərbaycanlı D.M. (20) adlı qadınlar polis tərəfindən saxlanılıb. Polislər maşında çox sayda spitli içki şüşələri tapıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31