Polkovnik özünü asdı

55 yaşlı Malik Mustafayevin intiharının səbəbləri məlum deyil

Xətai rayonunda intihar hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə bu gün rayonun Həzi Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 55 yaşlı Malik Mustafayev özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, M. Mustafayev hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı olub, polkovnik rütbəsi daşıyıb. O, bir neçə ay əvvəl işdən çıxarılıb. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31