İqtisadiyyat

Gənc Sahibkarlara dəstək Proqramı yeni nəsil gəncləri üzə çıxaracaq

31 Oktyabr 2018 17:36

Noyabrın 1-də “New Generation” Gənc Sahibkarlara dəstək proqramının açılış mərasimi olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, New Generation” Gənc Sahibkarlara dəstək layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində 2018-2019-cu illərdə həyata keçiriləcək və 4 iqtisadi regionu əhatə edəcək.

Azercell-in sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018"-in qalibləri bəlli oldu

31 Oktyabr 2018 16:25

İnformasiya texnologiyaları sahəsində xüsusi istedada malik, öz İnnovativ fikirlərini koda çevirməyi bacaran gənclər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi "Hackathon-AzIn 2018" müsabiqəsində öz bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı, Yüksək Texnologiyalar Parkının dəstəyi və “Azercell Telekom” MMC-nin sponsorluğu ilə baş tutan layihənin qalibləri müəyyən olub. “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən müsabiqədə münsiflər heyətinin qərarı ilə “Dostlar”, “Express” və “Ml learning” komandaları qalibiyyət qazanıb.

Bank sektoru real olaraq sağlam vəziyyətdə deyil

31 Oktyabr 2018 15:34

Valyuta bazarında vəziyyət həssasdır, kövrək xarakter daşımaqdadır

Hansı sənədlə mülkiyyət hüququ əldə etmək mümkündür?

31 Oktyabr 2018 14:44

Son vaxtlar bələdiyyələr tərəfindən mülkiyyət hüququ olmayan vətəndaşlardan da əmlak vergisinin tələb edilməsi hallarına rast gəlinir. Məsələnin ciddiliyi o həddə çatıb ki, artıq vətəndaşlarla yerli özünüidarə orqanları arasında yaranan mübahisə məhkəmələr səviyyəsinə çatıb.