İqtisadiyyat

Məlumat Hesablama Mərkəzi Cənubi Koreyanın nəhəng İKT şirkəti ilə memorandum imzalayıb

3 Dekabr 2018 16:54

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “Samsung Electronics” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“Bakcell” abunəçiləri yüzlərlə “Ulduzum” tərəfdaşının eksklüziv endirim və imtiyazlarından yararlanır

3 Dekabr 2018 16:16

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini 250-dən artıq yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsində təklif olunan eksklüziv endirimlər və imtiyazlarla təmin edir.

UNECE ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

3 Dekabr 2018 16:04

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini, Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerovanın Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr təşkil edilib.İqtisadiyyat Nazirliyindən

“Kölgə iqtisadiyyatı”nın qarşısı alınacaq

3 Dekabr 2018 15:32

Vergi islahatları özəl sektorda çalışan işçilərin vergi yükünü azaldacaq

Bakıya yeni avtobuslar gətiriləcək

3 Dekabr 2018 15:08

“Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək. Onlardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır".

İctimai nəqliyyatda ciddi dəyişikliklər gözlənir

3 Dekabr 2018 14:57

Təkliflər hökumətə təqdim edilib "Avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.

Texnikalar qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib

3 Dekabr 2018 14:30

2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlərin (21ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən, 19 ədəd ekskavator, 22 ədəd yol süpürən 14 ədəd su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700-ə maşın-mexanizm hazır vəziyyətə gətirilib.

Yolların qardan-buzdan təmizlənməsi üçün tədbirlər planı hazırlanıb

3 Dekabr 2018 14:27

Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, Dövlət Agentliyinin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədilə Agentlik tərəfindən 2018-ci il 14 sentyabr tarixli 74 nömrəli əmr imzalanıb.

Hövsana içməli su məhdudiyyətlə veriləcək

3 Dekabr 2018 14:17

3 dekabr 2018-ci il tarixində gün ərzində NZS yaşayış massivi və Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Bu gün çox böyük sürücü problemi var”

3 Dekabr 2018 13:32

Vüsal Kərimli: “Tıxaclar əsasən süni yolla yaranır”

Vergi Məcəlləsinə dəyişikliklərdə hansı maraqlar nəzərə alınıb?

3 Dekabr 2018 13:18

Azərbaycanın Vergi Məcəlləsinə 2019-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər biznesin maraqlarını nəzərə alır və strateji yol xəritələrinə uyğun hazırlanıb. “Olaylar” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib. Qeyd edib ki, dəyişikliklər strateji yol xəritələrinə nazirlik qarşısında qoyulan öhdəliklərin icra olunmasına yönəlib: “Bu dəyişikliklərin hazırlanması prosesində sahibkarlarla görüşlər keçirilib və beynəlxalq tendensiyalar öyrənilib”.

Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir

3 Dekabr 2018 13:12

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasında Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi-konsul Batur Rejepov ilə Azərbaycan Respublikası Sahibkarlar