Daha 26 rayonun arıçılarına subsidiya veriləcək

Kənd Təsərrüfatı Nazirliyində, nazir müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, iclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2 189 arıçıya saxladıqları 4 830 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 manat hesabı ilə cəmi 480 300 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib. İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31